Şrift:
Gömrükçülər narkotik vasitə və psixotrop maddələr aşkarlayıblar
10.02.2020 [09:13] - Hadisə
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn həmin ölkə vətəndaşları Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual olunublar. Bu zaman xanım vətəndaşlar üzərlərində qanunla qadağan olunan hər hansı predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddələrin olmadığını bildiriblər. Lakin onların çamadanlarına rentgen qurğusu ilə baxış zamanı şübhəli predmetlərin təsviri görünüb. Yoxlama zamanı çamadanların plastik tutacağı ilə diyircəklərini birləşdirən metal borularının içərisindəki boşluqlarda yerləşdirilən 9 ədəd bükümdə, ümumi çəkisi 369 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, çəkisi 108 qram olan ağ rəngli psixotrop maddə-metamfetamin aşkarlanıb. Şəxsi yoxlama zamanı isə həkim müayinəsinə ehtiyac yaranıb. Bu zaman xanım vətəndaşların birinin daxili orqanı - düz bağırsağından, gömrük nəzarətindən gizlədilmiş sellofana bükülü 2 ədəd bükümdə, qablaşdırılması ilə birgə çəkisi 61 qram təşkil edən açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed