Şrift:
Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb
10.02.2020 [10:44] - Sosial
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin fevralın 9-u saat 12:00-a olan məlumatına görə, ölkə ərazisində yağıntı qara keçib, bəzi yerlərdə intensiv və güclü olub, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.
Departamentdən bildiriblər ki, düşən qarın miqdarı Qəbələdə 29, Lənkəran, Sarıbaşda 25, Xınalıqda 23, Kişçay (Şəki), Göyçay, Astarada 22, Gədəbəydə 21, Qrızda 21, Oğuzda 19, Xaltanda 17, Daşkəsəndə 15, Şəkidə 15, Beyləqan, Qubada 14, Zaqatalada 13, Kürdəmir, Qusarda 12, Daşkəsəndə 11, Nabran, Yardımlıda 10, Altıağac, Lerik, Göygöldə 9, Ağdam, Tərtər, Kirən (Tovuz), Cəfərxanda 8, Ordubad, Ağdərə (Ordubad), Balakən, İmişlidə 7, Bərdədə 6, Şahbuzda 5, Şabranda 4, Biləsuvar, Mərəzədə 3, İsmayıllı, Xaçmazda 2, Şamaxı, Tovuz, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Sədərək, Neftçala, Zərdab, Mingəçevirdə 1 millimetr olub.
Bakıda və Abşeron yarımadasında yağıntının miqdarı - Zabrat, Maştağada 6, Bakıda 3, Sumqayıt, Neft Daşları, Pirallahı, Çilov adasında 1 millimetrə bərabər olub.
Qar örtüyünün hündürlüyü Ağdərə (Ordubad), Xınalıqda 43, Sarıbaşda 42, Şahdağ, Qrızda 40, Altıağacda 36, Xaltanda 35, Kişçayda 30, Qəbələdə 29, Göygöldə 28, Daşkəsəndə 27, Oğuzda 23, Qusarda 20, Şəkidə 18, Göyçayda 17, Zaqatalada 16, Beyləqan, Gədəbəy Hidrometeoroloji Stansiyası (HMS), Göygöl Hacıkənd HMS-da 15, Göygöldə 14, Gədəbəy, Kirən (Tovuz), Qubada 11, Şahbuz, Göygöl (Hacıkənd), Lerik, Balakən, Bərdə, Ordubad, Mərəzə, Xaçmaz, Nabran, Şabran, Tərtər, Şərur, Naxçıvan, Naftalan, Gəncə, Ağdamda 1-10 santimetr təşkil edib. Şimal-qərb küləyi arabir Pirallahı, Maştağada 35, Bakıda 30, Ələtdə 28, Qum adası, Neft Daşlarında 27, Sumqayıtda 24, Çilov adasında 22, Zabratda 21 metr/saniyəyədək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən Xəzər dənizində dalğanın hündürlüyü 6 metrə çatıb. Neftçala, Naftalanda 34, Salyanda 23, Tərtər, Daşkəsəndə 28, Bərdədə 25, Gəncədə 24, Ceyrançöldə 23, Tovuzda 22, Ağstafa, Şahdağ, Mingəçevir, Nabranda 20, Şəmkir, Astarada 19, Qrız, Xaçmaz, Culfada 18, Yardımlı, Ağdam, Qazıməmməd, Şabranda 16, Yevlax, Şəkidə 15 metr/saniyəyədək güclənib.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0°-a yaxın, aran rayonlarında 0-2°, dağlıq rayonlarda 5-8°, yüksək dağlıq rayonlarda 15-18°, Naxçıvan Muxtar Respublikasında 0-5° şaxta olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 303 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed