Şrift:
Xaçmazda KOB Evi sahibkarlara innovativ xidmətlər göstərəcək
10.02.2020 [11:05] - İqtisadiyyat
KOB Evi operativlik, nəzakət və çeviklik prinsiplərinə uyğun olaraq müasir innovasiyalara əsaslanan dövlət-biznes (G2B) və biznes-biznes xidmətlərinin təqdim olunmasının vahid məkanına çevrilib. Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Xaçmazda KOB Evinin açılış mərasimində deyib. O bildirib ki, KOB Evində sahibkarlar üçün startap layihələrin biznes və marketinq planlarının hazırlanması, biznes sahəsində maarifləndirmə, sahibkarlıq fəaliyyətinin qeydiyyatı, resurslara, logistika və infrastruktur şəbəkələrinə çıxışın asanlaşdırılması, mühasibat uçotunun aparılması, idxal-ixracın rəsmiləşdirilməsi üzrə xidmətlər göstəriləcək, eləcə də ixracın təşviqi və digər istiqamətlər üzrə tədbirlər həyata keçiriləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed