Şrift:
Beynəlxalq müşahidəçi: Məni ən çox təsirləndirən Dağlıq Qarabağdan olan seçicilərin iştirakı idi
10.02.2020 [11:16] - Xəbərlər
Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk Qrupu və digər beynəlxalq qurumlar tərəfindən həll edilməlidir. Bunu növbədənkənar parlament seçkilərini izləmək üçün Azərbaycana səfər edən beynəlxalq müşahidəçi, Azad Almaniya Universitetinin dosenti, professor Matthias Dornfeldt bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunmasını arzu edir: "Bu məsələ beynəlxalq qurumlar tərəfindən həll edilməldir. Çünki Dağlıq Qarabağ zonasında yaşamış insanlar öz vətənlərinə geri qayıtmaq istəyirlər".
M.Dornfeldt Dağlıq Qarabağ zonası üzrə seçki məntəqəsində olduğunu da deyib: "Məni ən çox təsirləndirən seçki məntəqələrində Dağlıq Qarabağdan olan seçicilərin iştirak etməsi idi. Onlar bizə özlərinin keşməkeşli həyatlarını danışdılar".
M.Dornfeldt Azərbaycanda 3-cü dəfə seçkiləri müşahidə etdiyini də söyləyib.
Qeyd edәk ki, bu gün Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.
Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb. Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed