Şrift:
Alimlər məktəblilərin riyaziyyat həyəcanını aradan qaldırmaq yolunu tapmağa çalışırlar
10.02.2020 [11:38] - Xəbərlər
Tomsk Dövlət Universitetinin alimləri Rusiya Fundamental Tədqiqatlar Fondunun qrantı hesabına məktəblilərin riyaziyyat həyəcanını aradan qaldırmaq yollarını araşdıracaq və 2023-cü ilədək bu problemin səmərəli həllinə nail olmağa çalışacaqlar. Dünyada məktəblilərin 40, tələbələrin 25 faizi riyaziyyat həyəcanından əziyyət çəkir. Məlumatda tədqiqatın aktuallığı müasir dövrdə STEM (Science, Technology, Engineering and Mathematics) mütəxəssislərinə, elm, texnologiya, mühəndislik və riyaziyyat üzrə təhsil alanlara ehtiyacın çox olması ilə əlaqələndirilir. Bununla əlaqədar riyaziyyat həyəcanının xüsusiyyətlərini başa düşmək və onu tənzimləməyi bacarmaq lazımdır. Tədqiqat Tomsk Dövlət Universitetində riyaziyyat üzrə təhsil alan aşağı kurs tələbələrinin iştirakı ilə aparılacaq. Həmçinin Tomsk Politexnik və Sibir Dövlət Tibb Universitetinin müəllimləri tədqiqat prosesinə cəlb ediləcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 176 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed