Şrift:
Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılacaq
11.02.2020 [09:32] - Mədəniyyət
Fevralın 12-də “Yeni Qallery” Bakı İncəsənət Mərkəzində memar-rəssam, Azərbaycan Memarlar İttifaqının üzvü Zərnaz İmanzadənin fərdi qrafika sərgisi açılacaq. Sərgi fevralın 16-dək ziyarətçilər üçün açıq olacaq. Memar-rəssamın yaradıcılığının genetik kodu təsviri sənət sahəsində özünü daha aydın şəkildə büruzə verir. Onun əsərlərində rənglərin və formaların qarşılıqlı əlaqəsini, bütövlüyünü təyin edən dolğun bir kompozisiya nəzərə çarpır. Bu, sırf mücərrəd formalara aid edildiyi kimi, şərtiliyə və mücərrədliyə meyil edən, tanına bilən fiqurlara da xasdır. Z.İmanzadənin özünü ifadə tərzi qrafik işlərdə müəllifin yaradıcı duyğularının təcəssümü olan kompozisiya vəhdətini əks etdirir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 372 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed