Şrift:
Donald Tramp prezident seçkilərinə qədər Kim Çen In ilə görüşmək istəmir
11.02.2020 [14:56] - Siyasət
Prezident Donald Tramp müşavirlərinə bildirib ki, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər KXDR lideri Kim Çen In ilə görüşmək istəmir. Bu barədə CNN telekanalı məlumat yayıb. Ağ Evdən olan mənbənin məlumatına görə, Tramp və onun yaxınları KXDR ilə nüvəsizləşdirmə barədə danışıqlar aparmağa tələsmirlər, çünki bundan olan risk potensial səmərəni üstələyir. Bundan başqa, ABŞ tətbiq etdiyi sanksiyaları azaltmayınca, - bu da çətin ki yaxın vaxtlarda baş tutsun, - Pxenyan münasibətlərin normallaşdırılmasına razı olmayacaq.
Kim Çen In və Donald Tramp 2019-cu il iyunun 30-da Pxanmuncomda görüşərkən nüvəsizləşdirmə mövzusu (bu mövzu fevral ayında Hanoyda keçirilmiş Sammitdə nəticəsiz başa çatmışdı) üzrə məsləhətləşmələri işçi səviyyəsində bərpa etmək barədə razılığa gəlmişdilər. Razılığa əsasən ABŞ və KXDR nümayəndələri ikitərəfli münasibətlərin normallaşdırılması perspektivlərini müzakirə etmək üçün oktyabrın 5-də Stokholmda görüşüblər. Lakin 2019-cu ilin sonunadək Vaşinqton və Pxenyan arasında dialoq qurmaq mümkün olmayıb.

DAVAM.AZ
“Vaşinqton Bürosu” (ABŞ)
Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed