Şrift:
Mingəçevirdə evində tanışını güllələyən şəxsin məhkəməsi başlayır
12.02.2020 [09:25] - Hadisə
Mingəçevirdə qətl törətməkdə təqsirləndirilən Ənvər Umudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Bilal Məmmədovun icraatına verilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 25-də Mingəçevir şəhərinin Borçalı bağlar sahəsində baş verib. Orada yaşayan Ənvər Umudov evində münaqişə zəminində həmyerlisi olan tanışı, əvvəllər məhkum olunmuş Akif İbrahimovu tüfəngdən açdığı atəşlə qətlə yetirib. Dərhal şəhərin polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Ə.Umudov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olan “İJ-16” markalı tüfəng götürülüb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 49 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed