Şrift:
Gənclər yenidən “Könüllü qonaq”da
12.02.2020 [09:44] - Gənclik
Regionlarda “Könüllü qonaq” təşəbbüsü öz axarında, dayanmadan davam edir. Gənclərimiz böyük həvəs və eyni zamanda məsuliyyətlə təşəbbüsdə iştirak edirlər.
2020-ci ili “Könüllülər ili” elan edilməsi ilə əlaqədar bir sıra rayonlarda başlanan “Könüllü qonaq” təşəbbüsü Lənkəran və Yevlax gəncləri tərəfindən davam etdirilib. Gənclər rayonları ərazisində yaşayan qayğıya ehtiyacı olan növbəti sakinlərin evinə baş çəkiblər.
Xatırladaq ki, adıçəkilən təşəbbüs qayğıya xüsusi ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək, təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur. Gənclər məişətlə bağlı ev sahibinə köməklik göstərdikdən sonra birlikdə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmağa çağırıblar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed