Şrift:
Dohada soydaşlarımızla görüş keçirilib
12.02.2020 [11:02] - Diaspor
Qətərdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Doha şəhərində bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb. Dövlət Himnimizin səsləndirilməsilə başlayan görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Fuad Muradov rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr, 29 ölkə üzrə Koordinasiya Şuralarının təsis olunması, 11 ölkədə Azərbaycan evinin yaradılıb soydaşlarımızın istifadəsinə verilməsi və layihələrlə bağlı Azərbaycan Diasporuna Dəstək Fonduna müraciət olunması qaydaları barədə ətraflı məlumat verib. Qətərdə Azərbaycan icmasının bir ildir yarandığına diqqəti cəlb edən soydaşlarımız Dövlət Komitəsinin sədrinə diaspor təşkilatının mütəşəkkilliyinə və sistemli şəkildə fəaliyyətinə nail olunmasının yolları, erməni lobbisinin ölkəmizə qarşı apardığı təxribatların qarşısının alınması üsulları barədə çoxsaylı suallar ünvanlayıblar. Komitə sədri bildirib ki, diaspor fəaliyyətinin kökündə vətənpərvərlik dayandığı üçün bu iş soydaşlarımız tərəfindən daim aparılmalıdır. Xaricdə yaşayan soydaşlarımızın Vətənimizin maraqlarının müdafiə edilməsi, Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunması, erməni lobbisinin ölkəmizə qarşı apardığı anti-təbliğatın qarşısının alınmasına dair bütün təşəbbüslərinin Dövlət Komitəsi tərəfindən dəstəkləndiyi vurğulanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed