Şrift:
Savalan Mirzəyev Bakıda gürcü dilində danışmağının səbəbini açıqladı
12.02.2020 [11:34] - Borçalı
Azərbaycan mediasında Gürcüstan parlamentinin üzvü Savalan Mirzəyevin Azərbaycan dilinə qarşı hörmətsizlik etdiyi bildirilir. Azərbaycanda keçirilən növbədən kənar parlament seçkilərində müşahidəçi qismində iştirak edən Gürcüstan Parlamentinin azərbaycanlı deputatı Savalan Mirzəyev seçkilərin müşahidəsi və yekun nəticələri ilə bağlı 10 fevral tarixində keçirdiyi brifinqdə gücü dilində danışıb.
Məsələyə aydınlıq gətirən Mirzəyev başqa dildə danışmağı Azərbaycan tərəfi istədiyini bildirdi.
"Azərbaycanda keçirilən parlament seçkiləri sonrası, metbuat konfransında mənim gürcü dilində çıxış etməyimi Azərbaycan tərəfi istəyirdi, protokolla da elə nəzərdə tutulmuşdur. Bu tələb, əsasən mətbuat konfransını təşkil edənlərin tələbi idi. Mətbuat konfransı əsas ingilis və rus dillərində keçirilirdi. Bizə bildirdilər ki, ingilis, rus və ya gürcü dilində danışmalısız. Təbii ki, mən dövlət dilini seçdim və gürcücək danışdım." - Savalan Mirzəyev bildirdi.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 595 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed