Şrift:
“Qalatasaray” Türkiyə kubokunun dörddəbir final mərhələsində mübarizəni dayandırıb
13.02.2020 [10:37] - İdman
Fevralın 12-də futbol üzrə Türkiyə kuboku yarışlarının dörddəbir final mərhələsinin ikinci cavab qarşılaşması keçirilib.
“Qalatasaray” doğma meydanda “Alanyaspor”u 3:1 hesabı ilə məğlub etməsinə baxmayaraq, birinci oyunda 0:2 hesabla uduzduğuna görə ölkə kuboku uğrunda mübarizəni dayandırıb. Beləliklə, “Alanyaspor" Türkiyə kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Turnirin dörddəbir final mərhələsinin digər görüşləri – "Ərzurumspor"- "Trabzonspor", "Sivasspor"-"Antalyaspor" matçları isə fevralın 13-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed