Şrift:
İrandan növbəti gülməli qərar: Ölkədə Valentin günü şar satılması qadağan edilib
13.02.2020 [10:56] - Güney Azərbaycan xəbərləri
İran Bəzək Əşyaları Satanlar Birliyinin sədri Hüseyn Dokməçi İctimai Məkanlara Nəzarət İdarəsinin göstərişi əsasında sevgililər günü kimi qeyd edilən 14 fevral- Valentin günündə İranda şar satışının qadağan edildiyini deyib.



O qeyd edib ki, sözügedən idarə rəhbərlik etdiyi quruma məktub göndərərək, əlavə göstəriş verilənə qədər mağazalarda şar satışının qadağan edildiyi barədə məlumat verib.



Hüseyn Dokməçinin sözlərinə görə, satış obyektlərində də Valentin günündə şarın satışının qadağan edilməsi ilə bağlı məlumat lövhələri vurulacaq.



Qeyd etmək lazımdır ki, hər il fevralın 14-nə təsadüf edən Valentin günü dünyanın əksər ölkələrində, xüsusilə də Qərbdə sevgililər günü kimi qeyd edilir. Son illərdə İran cavanlarının əksəriyyəti də bu günü sevgililər günü kimi keçirirlər. Lakin İran rəsmiləri Valentin gününü "mədəni hücum" adlandırdığından, hər il ölkə polisi cavanların sevgililər gününü qeyd edə bilməmələri üçün müxtəlif məhdudiyyətlər qəbul edir.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed