Şrift:
”ExxonMobil” şirkətinin zavodunda yanğın baş verib
13.02.2020 [11:12] - Hadisə
ABŞ-ın Luiziana ştatında, “ExxonMobil” şirkətinin neft emalı zavodunda baş vermiş yanğın Baton-Ruj şəhərini böyük tüstü dumanına bürüyüb.

Şirkətin press-relizi xəbər verir ki, yanğın fevralın 12-də gecə saat 11:30-da başlayıb. Baton-Ruj şəhərinin yanğındanmühafizə xidmətinin mətbuat katibi Kurt Monte bildirib ki, insident zamanı heç kəs ziyan çəkməyib. Alov yerli yanğınsöndürənlərin çevik reaksiyası nəticəsində söndürülüb. Yerli KİV-lərin məlumatına görə, alov kilometrlərlə boyu uzanan məsafədən görünüb. Yanğının səbəbləri hələlik açıqlanmayıb.

“ExxonMobil” Luizina ştatının əhalisini işlə təmin edən iri şirkətdir. Baton-Ruj şəhərindəki neft emalı zavodu Birləşmiş Ştatlarda böyüklüyünə görə beşinci zavoddur. Şirkət benzin, reaktiv yanacaq və bir çox digər neft məhsulları, habelə kimya zavodunda boya və yapışqan istehsal edir.
Bu xəbər oxucular tərəfindən 99 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed