Şrift:
ABŞ-ın Dövlət Departamenti: “İslam respublikası 41 il İran millətinə zülm edib. İranlılar daha yaxşı bir gələcəyə layiqdirlər”
13.02.2020 [11:15] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ-ın Dövlət Departamenti fevralın 11-də islam respublikasının 41-ci ildönümü münasibəti ilə “Twitter” səhifəsində bir neçə müsaj və yazı paylaşaraq, ruhanilərin hakimiyyəti dövründə İran əhalisinə etdiyi zülmünü xatırlayaraq, İran millətinə dəstək verdiyini bildirib.



“Twitter”də yayılan yazılarda bildirilir ki, İran milləti daha parlaq və yaxşı bir gələcəyə layiqdir: “İslam inqilabından 41 il keçməsinə baxmayaraq, İran rejiminin həmin müddətdə öz vətəndaşlarına və qonşularına bəxş etdiyi terror, korrupsiya, repressiya, girov götürmə, nüvə ambissiyaları və raket buraxmaqdan başqa bir şey deyil. Bu rejim, 41 il öz vətəndalarına və qonşularına zülm edib. Halbuki, İran milləti öz təntənəli keçmişinə görə, daha parlaq və yaxşı bir gələcəyə layiqdir.



İran milləti islam respublikasının bu 41 il hakimiyyəti dövründə olmazın əzab-əziyyətləri çəkib, bütün hüquqlarından məhrum edilib. Hesab edirik ki, iranlılar hətta bircə il belə, bu məğlubiyyətə və məhrumluqlara dözməməlidir. Biz, İran xalqının yanında olaraq, onların daha parlaq bir gələcəyə ümidinə dəstək veririk” -deyə, ABŞ Dövlət Departamenti İranda islam respublikasının 41-ci ildönümü münasibəti ilə “Twitter”də paylaşdığı bir neçə mesaj və yazısında bildirilir.


ABŞ-ın Dövlət Departamenti, paylaşdığı yazılarda həmçinin İran xalqının son aylar rejimə və onun repressiyalarına qarşı apardığı dinc mübarizəsinə dəstək verdiyini bəyan edib.
Bu xəbər oxucular tərəfindən 114 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed