Şrift:
ABŞ-ın sutkalıq neft istehsalı artır
13.02.2020 [11:26] - İqtisadiyyat
Birləşmiş Ştatların gündəlik xam neft hasilatı artıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı 102 min barrel artaraq gündəlik orta hesabla 13 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 363 min barrel çoxalaraq gündəlik 6,98 milyon barrel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 443 min barrel azalaraq sutkada 2,97 milyon barrel təşkil edib.

EIA-nın proqnozuna görə, ABŞ-ın neft istehsalı bu il sutkalıq orta hesabla 13,2 milyon barrel olacaq. 2021-ci ildə isə gündəlik hasilatın 13,56 milyon barrelə çatacağı gözlənilir.

Qeyd edək ki, ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.
Bu xəbər oxucular tərəfindən 87 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed