Şrift:
Türkmən jurnalist İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb
13.02.2020 [14:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Türkmən jurnalist Aman Məhəmməd Xəcəmli İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.



O evində axtarış aparıldıqdan sonra “Qonbəd Kavus”un prokurorluğuna aparılıb.



Türkmən jurnalistin “Qonbəd Kavus” məntəqəsində yerləşən “Hallı Axun” kəndində öz evində yaxalandığı bildirilir. Onun “yalan məlumat yaymaq” və “ictimaiyyəti təşvişə salmaq”da şübhəli bilindiyi qeyd olunub.



Bu barədə etibarlı mənbələr “Tuhra” agentliyinə məlumat verib: “Jurnalist saxlandıqdan sonra məhkəməyə aparılıb. 4-cü şöbənin hakimi (bazpors) iş yerində olmadığı üçün, onun nədə şübhəli bilindiyi 1-ci şöbənin rəisi tərəfindən açıqlanıb. O ailəsi və yaxınlarının israrı nəticəsində şənbə gününə qədər müvəqqəti olaraq zaminə buraxılıb.”



Aman Məhəmmədin məqalələri türkmən nəşriyyatı, o cümlədən “Səhra” həftəlik dərgisində dərc olunur. O ötən aylarda öz Teleqram səhifəsində din, cəmiyyət və siyasət mövzularında yazdığı bir neçə tənqidi məqalə paylaşıb. Junalist bu səbəbdən bir neçə dəfə Ettelaat İdarəsinə çağırılmışdır.

Aman Məhəmməd türkmənlərin qarşıdan gələn parlament seçkilərində iştirak etməsinə qarşıdır. Onun saxlanması bu mövqeyi ilə bağlı ola bilər.
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed