Şrift:
Niki Kərimidən “Atabay” filmi ilə bağlı festivalın münsiflər heyətinin irqçi yanaşmasına etiraz
13.02.2020 [14:08] - Güney Azərbaycan xəbərləri
Güney azərbaycanlı rejissor Niki Kərimi İranda keçirilən 38-ci Fəcr Beynəlxalq Film Festivalında türk dilində çəkilmiş “Atabay” filmi və aktyor Hadi Hicazifərə qarşı irqçi yanaşmaya etiraz bildirib.



“Atabay” filminin ssenari müəllifi və aktyoru Hadi Hicazifər üzərinə götürdüyü rolu yüksək səviyyədə həyata keçirməsinə baxmayaraq ən yaxşı ssenari müəllifi və aktyor kimi “kristal simurq” mükafatına namizədlər arasında yer almayıb. Bu məsələ bir çox soydaşımızın kəskin etirazına səbəb olub.



“Atabay” filminin rejissoru xanım Niki Kərimi bu barədə öz İnstaqram səhifəsində bir mətn paylaşıb.

“Fəcr festivalı başa çatdı. Münsiflər heyəti və digər həmkarların rəyinə hörmətlə yanaşaraq bildirməliyəm ki, Hadi Hicazifərin ən yaxşı ssenari müəllifi və aktyor kimi mükafata namizədlər arasında yer almaması ciddi sual doğurur. Ona görə ki, o üzərinə götürdüyü rolun öhdəsindən layiqincə gəlmişdir. Bunu görməmək təxminən qeyri-mümkündür.

Əslində Hadi Hicazifərin işləri həm aktyor kimi, həm də ssenari müəllifi kimi görüldü. O öz təsirini qoydu. Atabayın şad anlarını və kədərini elə təsvir etdi ki, hər kəs tərəfindən bəyənildi. Bu, onun üçün ən böyük mükafatdır.”- deyə güney azərbaycanlı rejissor qeyd edib.



Fevralın 7-də “Atabay” filminin tənqid və təhlili iclasında jurnalist Əmir Fərzullahi türkcə çəkilən filmləri hədəfə alaraq bildirmişdir ki, kimsə İranda qeyri-fars dillərində film çəkə bilməz.

Buna cavab olaraq Hadi Hicazifər bildirmişdir ki, sizin fikriniz faşizmdir. Sən və digərləri türk dilini təhqir edə bilməzsiniz. Konstitusiyaya görə türk dili bu ölkədə tədris olunmalıdır.
Bu xəbər oxucular tərəfindən 174 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed