Şrift:
Türkiyədə əlverişsiz hava şəraiti fəsadlar törədib
13.02.2020 [15:09] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti fəsadlar törədib.

Ölkə ərazisində yağan güclü qar səbəbindən Şərqi Anadolu bölgəsinin Ərzurum, Ağrı, Ərzincan, Tunceli, Ərdahan, Qars, Van, Hakkari, Bitlis və Muş şəhərlərinin 2816 yaşayış məntəqəsinə gedən yollar bağlanıb.

Hazırda bu yolların açılması istiqamətində işlər aparılır. Əhaliyə, xüsusilə yüksək bölgələrdə yaşayanlara qar uçqunu ilə bağlı xəbərdarlıq edilib.
Bəzi bölgələrdə məktəblər müvəqqəti bağlanıb.
Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed