Şrift:
Almaniyalı diplomat: Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir
13.02.2020 [15:30] - Siyasət
Azərbaycan torpaqlarının işğal olunması qəbuledilməzdir. Bu ölkənin ərazi bütövlüyü təmin olunmalıdır.
Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə etmiş almaniyalı diplomat Volf-Ruthart Born açıqlamasında BMT-nin işğal faktını təsdiq edən və həmin ərazilərin geri qaytarılmasını tələb edən qətnamələrinin qeyd-şərtsiz icrasının vacibliyini bildirib. Almaniyalı diplomat münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqların davam etdirilməsini arzuladığını söyləyib.

Volf-Ruthart Born Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar öz yurdlarından didərgin düşmüş insanların səs verdikləri məntəqələrdə də müşahidə apardığını, onlarla söhbət etmək imkanı əldə etdiyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed