Şrift:
Yaponiyada yeni koronovirusdan ilk ölüm halı qeydə alınıb
14.02.2020 [09:38] - Sağlıq
Fevralın 13-də Yaponiyada yeni koronovirusdan ilk ölüm halı qeydə alınıb.

Bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Tokio yaxınlığında yerləşən Kanaqava prefekturasında yeni koronavirusa yoluxan 80 yaşlı qadın ölüb. Bu, Yaponiyada yeni koronavirusla əlaqədar qeydə alınan ilk ölüm faktıdır.
Eyni zamanda, Yaponiyada yeni koronavirusa yoluxanların sayının artmaqda davam edir. Nazirliyin son məlumatına görə, “Diamond Princess” kruiz gəmisində yeni koronavirusa yoluxanların sayı 218 nəfərə çatıb. Yoluxanlar arasında bir heyət üzvü və 29 Yaponiya vətəndaşı var.

Gəmi Tokio yaxınlığındakı Yokohama limanında karantin vəziyyətində saxlanılır.
Bu xəbər oxucular tərəfindən 29 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed