Şrift:
Koronavirusun tüğyan etdiyi şəhərdə sakinlərin evlərini tərk etməsi qadağan olunub
14.02.2020 [10:35] - Sosial
Koronavirusun yeni növünün (COVID-19) episentri olan Xubey vilayətində epidemiya ilə mübarizə tədbirləri gücləndirilir. Fevralın 14-də vilayətin Xuanqan şəhərində bütün yaşayış massivlərinə, həyətlərə və binalara giriş-çıxış qadağası qüvvəyə minib.

Şəhərin epidemiyaya nəzarət qərargahı xəbər verir ki, yeni qaydalara əsasən, sakinlərin təcili və çox ciddi bir səbəb olmadığı təqdirdə yaşayış yerlərini tərk etmələrinə icazə verilməyəcək. Evlər idarələrinin əməkdaşları ehtiyac duyulan gündəlik tələbat mallarını sakinlərə mənzillərində çatdıracaqlar.

Təcili tibbi yardım, polis və yanğından mühafizə xidmətinin avtomobillərindən başqa digər nəqliyyat vasitələrinin şəhərdə hərəkətinə qadağa qoyulub. Yeni qaydaları pozanlara qarşı sərt cəzalar tətbiq olunacaq.
Qeyd edək ki, 7,5 milyon əhalisi olan Xuanqan Çində koronavirusun ən çox yayıldığı üçüncü şəhərdir. Yanvarın sonlarında Xubey vilayətinin inzibati mərkəzi olan Uxan və digər bir neçə şəhər ilə yanaşı Xuanqanda da karantin elan olunub. İndiyədək şəhərdə 2791 nəfərin virusa yoluxduğu, 59 nəfərin isə öldüyü təsdiqlənib.
Bu xəbər oxucular tərəfindən 311 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed