Şrift:
Oksford və Kembric universitetləri maddi vəziyyəti zəif olan tələbələrin qəbulunu artıracaq
14.02.2020 [12:24] - Xəbərlər, Sosial
Britaniyanın nüfuzlu ali təhsil ocaqlarından sayılan Oksford və Kembric universitetləri maddi vəziyyəti zəif olan tələbələrin qəbulunu artıracaq.

Əvvəllər Oksfordda belə tələbələrin sayı 3,7 faiz, Kembricdə isə 4,8 faiz təşkil edirdisə, qarşıdakı beş ildə hər iki universitet onların sayını 7 faizə çatdırmağı planlaşdırır.

Britaniyada “Sutton Trust” fondu tərəfindən aparılan araşdırmada Oksford və Kembric universitetlərində yerlərin 42 faizinin özəl məktəblərin məzunları tərəfindən tutulduğu müəyyən edilib.
Tələbə Təşkilatının üzvü Kris Milvard yeni qərarın cəmiyyətin əsas problemlərindən olan bərabərsizliyə qarşı mübarizə aparmaq məqsədi daşıdığını bildirib.
Bu xəbər oxucular tərəfindən 161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed