Şrift:
İsrail ordusu İranın Dəməşq ətrafındakı silah anbarlarını raket atəşinə tutub
14.02.2020 [12:27] - Güney Azərbaycan xəbərləri
Fevralın 13-ü axşam saatlarında İsrailin hava qüvvələri Suriyada İranın Dəməşq ətrafındakı silah anbarlarını raket atəşinə tutub.



Bu barədə “Əl-Ərəbiyyə” mənbələri Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatının yaydığı xəbərə istinadən məlumat yayıb.



Məlumata əsasən, İrailin hava qüvvələri həmçinin Suriya ordusunun paytaxtın cənubunda yerləşən “Əl-Kesvə” məntəqəsindəki 1-ci diviziyasının mövqelərini hədəf alıb. Hava zərbələri nəticəsində İranın Dəməşq hava limanına yaxınlığındakı bir neçə silah-sursat və raket anbarları məhv edilib. Raket hücumlarının Colan yüksəkliklərindən həyata keçirildiyi bildirilir.



Bildirilir ki, raket hücumları, İranın Suriyaya göndərdiyi külli miqdarda silah-sursatın Dəməşqin hava limanına çatdırılmasından bir neçə saat sonra gerçəkləşdirilib.



İsrailin İranın Dəməşq yaxınlığındakı silah anbarlarına qarşı hücumunu təsdiqləyən Suriyada İnsan Hüquqlarına Nəzarət Təşkilatı bəyanat yayaraq bildirib ki, hava zərbələri nəticəsində “Sepah” qüvvələrinin mümkün itkilərinin sayı hələlik bəlli deyil.



Xatırladaq ki, İranın Suriyadakı hərbi varlığı barədə dəfələrlə xəbərdarlıq edən İsrail ordusu, son illər “Sepah”ın Dəməşq və onun ətrafındakı hərbi baza və mövqelərinə qarşı yüzlərlə hava zərbələri endirdiyini bildirir.
Bu xəbər oxucular tərəfindən 165 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed