Şrift:
ABŞ-ın dəniz qüvvələri İranın Yəmən husilərinə silah-sursat daşıyan gəmisini müsadirə edib
14.02.2020 [13:57] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ-ın körfəzdəki dəniz qüvvələri İranın Yəmən husilərinə silah-sursat daşıyan gəmisini müsadirə edib.



Bu barədə, ABŞ ordusu fevralın 13-də bəyanat yayıb.



Bəyanatda bildirilir ki, Amerika Birləşmiş Ştatlarının bir hərbi gəmisi, İranda istehsal edilən və Yəməndəki husilərə göndərilən silah və raketləri Ərəb dənizində ələ keçiriblər: “Amerikanın “Normandi” adlı hərbi gəmisinin dəniz qüvvələri ötən bazar günü Ərəb dənizində İranın silah daşıyan yelkənli gəmisinə daxil olaraq, husilərə aparılan bütün silah-sursat və raketləri müsadirə ediblər.



Gəmidə aparılan yoxlama zamanı, İranın “Dehlaviyyə” tipli 150 ədəd anti-tank raketi və digər hərbi silahlar və hərbi avadanlıqlar aşkarlanaraq götürülüb” -deyə, ABŞ ordusunun yaydığı bəyanatında bildirilir.



Həmçinin ABŞ-ın regiondakı Mərkəz Komandanlığı (CENTCOM) bəyanat yayaraq bildirib ki, İranın qanunsuz olaraq Yəmən husilərinə silah göndərməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı zidd addımdır və Amerika hökuməti İranın bu kimi hərəkətlərinin davam etdirilməsinə imkan verməyəcək.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed