Şrift:
Ərdəbil Əyaləti: Qarın mühasirəsində olan Xalxal əhalisi bütün texnikanın Gilana göndərilməsindən şikayətlənir
14.02.2020 [13:59] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son 5 gün ərzində Güney Azərbaycanın bütün əyalətlərində yağan güclü qar həyatı iflic vəziyyətyinə salıb.



Bu müddətdə avtomobil yolları, hətta şəhərlərarası yollarda ciddi problemlər yaşanıb. Bir çox kəndin yolu bağlı qalıb. Kəndlər və bəzi şəhərlərdə elektrik enerjisi kəsilib. Ötən günlərdə Güney Azərbaycan şəhərlərində bir çox məktəb ağır hava şəraiti ilə əlaqədar bağlanmışdır.



Ərdəbil Əyalətində yerləşən Xalxal şəhərində 5 gündür ki, həyat iflic vəziyyətdədir. Dövlət şəhərdə qarı təmizləmək üçün ciddi tədbirlər görmür. Əksinə şəhərdə qarın təmizlənməsində istifadə olunan bütün texnika və avadalıqlar Gilan Əyalətinə göndərilir. Bu vəziyyət şəhər əhalisinin kəskin etirazına səbəb olub. Hal-hazırda Xalxalın əsas yollarında avtomobillər çətinliklə hərəkət edir. Şəhər daxilində yalnız böyük xiyabanlar qardan nisbətən təmizlənib. Çox sayda kəndin elektrik enerjisi kəsilib, bu kənlərlə Xalxal şəhəri arasında ola yollar bağlı vəziyyətdədir.


“Tabnak” saytının yaydığı məlumata görə, ölkə prezidenti Həsən Ruhani Gilan valisi ilə birbaşa telefon əlaqəsi saxlayaraq bölgəni qardan təmizləməklə bağlı müəyyən göstərişlər verib.



Büdcə və Planlaşdırma Təşkilatının rəisi Məhəmmədbaqir Nobəxt isə Gilan Əyalətində su və işıq kəsintilərini aradan qaldırmaq üçün xüsusi büdcə vəsaiti ayrıldığını bildirib.



Güney Azərbaycan şəhərləri, o cümlədən Xalxalın əhalisi isə dövlətin yaranan böhrana laqeyd yanaşdığını bildirir.



Bu arada Ərdəbil Valiliyinin Təbii Fəlakətlər bölümünün rəisi Fərhad Əbdüləlipur hal-hazırda Ərdəbil əyalətində 255 kəndin yolunun bağlı olduğunu, bu kənlərlə əlaqənin kəsildiyini qeyd edib.

Şərqi Azərbaycan Əyalətində də aradan 5 gün keçməsinə baxmayaraq 550 kəndin yolu hələ də bağlı vəziyyətdədir.
Bu xəbər oxucular tərəfindən 452 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed