Şrift:
Süleyman Dəmirəl xəstəxanada
24.09.2012 [11:26] - Gündəm
Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl Antalyadan, dincəlməkdən dönərkən xəstəxanaya gəlib. Türkiyədə çıxan «Hürriyət» qəzetinin yaydığı məlumatına görə, qripə yoluxması ehtimalı ilə bağlı o, müayinə və müalicə olunmaq üçün Güvən xəstəxanasına gəlib.

Sosial şəbəkələrdə sağlığı ilə bağlı yayılmış xəbərlər haqda onu müşaiyət edənlərə keçmiş prezident belə cavab verib:«Yüzlərlə telefon zəngi gəlir. Bura qədər də gəldiniz. Sizdən saxlanılacaq bir şey yoxdur. Dəyərli həkimlər var. Bu həkimlər məni müşaiyət edərlər. Müayinə edilmək üçün bura gəldik. Gəzməkdən dönən kimi dostlar təkrar müayinə olunmağımı dedilər. Biz də evə getməzdən öncə düşündü ki, bura bir baş çəkək. Belə maüyinələr 3-4 aydan bir aparılır».

S.Dəmirəlin həkimi Aylin Cəsur bildirib ki, sentyarın 11-də keçmiş dövlət başçısı həm Antalya, həm də İspartada yay tətilində olub,eləcə də bir sıra obyektlərin açılış tədbirlərində iştirak edib. Onun sözlərinə görə, Dəmirəliin sağlıq durumu qaydasındadır.

A.Cəsur deyib ki, Antalyaya getməzdən öncə keçmiş prezident qripə yoluxubmuş, ona görə də tətildən dönəndə təkrar müayinə olunmasını istəyib:«Prezident son dərəcə sağlamdır. Müayinələrdən sonra evimizə dönəcəyik. Heç bir problem də yoxdur».
Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed