Şrift:
Qara ciyərin sağlamlığı üçün faydalı təbii içki
16.02.2020 [09:09] - Sağlıq
Bu faydalı içki qara ciyər və öd kisəsi üçün çox faydalıdır - iltihabəleyhinə təsir edir, fəaliyyətini yaxşılaşdırır, təmizləyir, möhkəmləndirir, bərpa proseslərini sürətləndirir.
Sizə bu faydalı içkinin reseptini təqdim edirik.

Tərkib:

- 1 ədəd qreypfrut
- 1 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil
- 1 diş sarımsaq
- 1 x.q. bal
- 200 ml su

Hazırlanması:

1. Sarımsaq sarımsağəzənlə əzilir, sürtgəcdən keçirilmiş zəncəfillə yaxşı qarışdırılır.
2. Qreypfrutdan şirə sıxılır.
3. Sarımsaqla zəncəfilin qarışığı, şirə, bal və su blenderlə yaxşı qarışdırılır və axşam yatmazdan təxminən 1 saat əvvəl kiçik qurtumlarla içilir.
Bu içkini həftədə 2-3 dəfə qəbul edin.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed