Şrift:
ABŞ İran heyətinin 20 üzvünə viza verməyib
24.09.2012 [11:39] - Siyasət
ABŞ İran prezidenti Mahmud Əhmədinejadın rəhbərlik etdiyi nümayəndə heyətinin 20 üzvünə viza verməyib. “Fars” xəbər agentliyinin yaydığı məlumatına görə, onların arasında iki nazir və prezident administrasiyasının rəhbəri İsfəndiyar Rəhim Məşainin iki köməkçisi də var. Ancaq onların adı açıqlanmayıb. Ümumiyyətlə, viza üçün 160 nəfər müraciət etmişdi
Qeyd edək ki, sentyabrın 22-də M. Əhmədinejad BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb. İran prezidenti bir həftəlik səfər zamanı BMT Baş Assambleyasında, ABŞ-ın bir neçə universitetində çıxış edəcək, ABŞ-ın kütləvi informasiya vasitələrinə müsahibələr verəcək, BMT baş katibi Pan Gi Mun və bir sıra ölkələrin rəsmiləri, eyni zamanda Nyu-Yorkda yaşayan iranlılarla görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə ediləcək. M. Əhmədinejad indiyədək 7 dəfə BMT-nin Baş Assambleyasının yığıncağında iştirak edib. Bu, onun ABŞ-a sayca səkkizinci səfəridir. İran prezidentini Nyu-Yorkda 150 nəfərlik təhlükəsizlik heyəti qoruyacaq.
Bu xəbər oxucular tərəfindən 1179 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed