Şrift:
Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?
16.02.2020 [11:51] - Xəbərlər
2020-ci ilin yanvarında Azərbaycan vətəndaşları Türkiyədə 99 daşınmaz əmlak əldə edib ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 4 obyekt çoxdur.
Bu barədə Türkiyənin Torpaq kadastrı və alqı-satqı işləri üzrə dövlət orqanları məlumat verir. Ümumilikdə, ötən ay Türkiyədə 113 615 daşınmaz əmlak satılıb ki, bu da 2019-cu ilin yanvarı ilə müqayisədə 55,8 faiz çoxdur. 2020-ci ilin yanvarında Türkiyədə əcnəbilərə 3 907 daşınmaz əmlak satılıb. Bu göstərici ötən ilin yanvarı ilə müqayisədə 23,3 faiz çoxdur.
Xatırladaq ki, 2019-cu ildə Azərbaycan vətəndaşları Türkiyədə 1 191 daşınmaz əmlak əldə edib və bu 2018-ci illə müqayisədə 59 obyekt azdır. Azərbaycan vətəndaşları 2019-cu ilin dekabr ayında Türkiyədə 146 daşınmaz əmlak əldə edib. Bu, 2018-ci ilin dekabrı ilə müqayisədə 20 obyekt azdır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed