Şrift:
Ali məktəblərdə ixtisaslar əmək bazarına uyğunlaşdırılacaq
16.02.2020 [11:58] - Xəbərlər
Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiqlənən “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb. Sənədə əsasən, Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə 2020-2021-ci illər ərzində təhsil müəssisələrinə tələbə qəbulunda nəzərdə tutulan ixtisasların əmək bazarının tələblərinə uyğunluğunun təmin edilməsi üçün təkliflər hazırlamalı və bu istiqamətdə tədbirlər həyata keçirməlidir.
Eyni zamanda Təhsil Nazirliyinə 2020-2025-ci illərdə təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması ilə bağlı tövsiyələrin hazırlanmasını təmin etmək tapşırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed