Şrift:
NATO Əfqanıstandan çıxmaq niyyətində deyil
16.02.2020 [12:38] - Siyasət
"NATO hələ ki, Əfqanıstandan getmək niyyətində deyil, lakin oradakı kontingentinin sayında dəyişiklik edə bilər". Bunu alyansın baş katibi Yens Stoltenberq deyib.
“Biz Əfqanıstandan getmirik, lakin əgər Taliban zorakılığı dayandırmağa və kompromisə hazır olduğunu bildirsə, oradakı hərbçilərin sayında dəyişiklik etmək mümkündür”, - Y.Stoltenberq qeyd edib.
Qeyd edək ki, ABŞ və Taliban ötən il bir neçə dəfə danışıqlar aparıb. Danışıqlar nəticəsində ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi Zalmay Xəlilzad ilə Talibanın nümayəndə heyəti razılıq əldə ediblər. Razılığın əsasında atəşin dayandırılması, xarici qoşunların Əfqanıstandan çıxarılması və sülh danışıqlarının aparılması dayanırdı. Lakin ötən ilin sentyabr ayında Kabilda Taliban tərəfindən törədilmiş bir neçə terror aktında dinc sakinlərlə yanaşı, Amerika hərbçilərinin də həlak olmasından sonra prezident Donald Tramp danışıqları dayandırmaq barədə göstəriş verib.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed