Şrift:
Milli fəallar Ettelaatda 3 ay saxlandıqdan sonra ailələri ilə əlaqə saxlaya biliblər
16.02.2020 [16:01] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycan Milli Hərəkatının tanınmış fəalların molla rejiminin ən qəddar və işgəncələr verməklə tanınan Ettelaat İdarəsinin təcridxanasında 3 ay saxlandıqdan sonra ailələri ilə telefonla danışmağa icazə verilib.
Milli fəallardan Babək Hüseyni Müqəddəm, Əyyub Şiri, Davud Şiri, Nasir Xülusi, Əkbər Mühaciri, Şahin Bərzgər və Məhəmməd Mahmudi fevralın 13-də Ettelatın Təbrizdəki zindanından ailələrinə zəng edərək söhbət ediblər. Milli fəallar ötən ilin payızında molla rejiminin gözlənilmədən benzin və neft məhsullarının qiymətlərinin 3 dəfə (300 faiz) artırılmasına qarşı qarşı keçirilən kütləvi etirazlar zamanı 2019-cu il noyabrın 17-də ev və ya iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Onlar Təbriz Ettelaat İdarəsinin təcridxanasında təxminən 3 ay saxlandıqdan sonra ötən günlərdə bu şəhərin mərkəzi zindanına köçürülüb. Milli fəallar hələ də qeyri-müəyyən vəziyyətdə saxlanılırlar.
Təbriz Məhkəməsinin 16-cı şöbəsinin hakimi Musəvi adı çəkilən fəalların dosyesi ilə məşğul olur. O bundan əvvəl bildirmişdir ki, fəalların saxlanması qarşıdan gələn parlament seçkilərindən sonra da davam edə bilər. Onu da qeyd edək ki, Musəvi molla rejiminin işgəncələr təşkilatı kimi tanınan Ettelaat Nazirliyinin əlaltılarındandır. O fəallar saxlandığı müddətdə onların ailəsinə münasibətdə təhqiramiz hərəkətlərə yol verib. Hətta fəallardan birinin ailə üzvlərinin ilə danışığında “onları gözləməyin, hamısı edam olunacaq” deyə gözlənilməz ifadə də işlətmişdir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 500 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed