Şrift:
Xalxal bölgəsi qarın altında qalsa da, rejim bütün texnikanın Gilana göndərib
16.02.2020 [16:46] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın Ərdəbil əyalətinə bağlı Xalxal bölgəsi beş gündür güclü qar yağmurunun altında qalsa da, molla rejimi bütün texnikanı mənşəcə türk olmayan qonşu Gilan vilayətində yaşayan farsdilli giləklərə yardım üçün göndəribdir.
Son 5 gün ərzində Güney Azərbaycanın bu bölgəsində yağan güclü qar həyatı iflic vəziyyətinə salıb. Bu müddətdə avtomobil yolları, hətta şəhərlərarası yollarda ciddi problemlər yaşanıb. Bir çox kəndin yolu bağlı qalıb. Kəndlər və bəzi şəhərlərdə elektrik enerjisi kəsilib. Ötən günlərdə Güney Azərbaycan şəhərlərində bir çox məktəb ağır hava şəraiti ilə əlaqədar bağlanmışdır.
Ərdəbilin Xalxal şəhərində 5 gündür ki, həyat iflic vəziyyətdədir. Dövlət şəhərdə qarı təmizləmək üçün ciddi tədbirlər görmür. Əksinə şəhərdə qarın təmizlənməsində istifadə olunan bütün texnika və avadalıqlar Gilan Əyalətinə göndərilir. Bu vəziyyət şəhər əhalisinin kəskin etirazına səbəb olub. Hal-hazırda Xalxalın əsas yollarında avtomobillər çətinliklə hərəkət edir. Şəhər daxilində yalnız böyük xiyabanlar qardan nisbətən təmizlənib. Çox sayda kəndin elektrik enerjisi kəsilib, bu kənlərlə Xalxal şəhəri arasında ola yollar bağlı vəziyyətdədir.
Molla rejiminin prezidenti Həsən Ruhani Gilan valisi ilə birbaşa telefon əlaqəsi saxlayaraq bölgəni qardan təmizləməklə bağlı müəyyən göstərişlər verib. Büdcə və Planlaşdırma Təşkilatının rəisi Məhəmmədbaqir Nobəxt isə Gilan Əyalətində su və işıq kəsintilərini aradan qaldırmaq üçün xüsusi büdcə vəsaiti ayrıldığını bildirib.
Güney Azərbaycan şəhərləri, o cümlədən Xalxalın əhalisi isə dövlətin yaranan böhrana laqeyd yanaşdığını bildirir.
Bu arada Ərdəbil Valiliyinin Təbii Fəlakətlər bölümünün rəisi Fərhad Əbdüləlipur hal-hazırda Ərdəbil əyalətində 255 kəndin yolunun bağlı olduğunu, bu kənlərlə əlaqənin kəsildiyini qeyd edib. Beləliklə Ərdəbil Əyalətində aradan 5 gün keçməsinə baxmayaraq 550 kəndin yolu hələ də bağlı vəziyyətdədir.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed