Şrift:
Bir milyon İraq kürdünün Güney Azərbaycana köçürülməsi planı
16.02.2020 [16:52] - Güney Azərbaycan xəbərləri
Güney Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyünə böyük təhdid hesab edilən bir milyona yaxın İraq kürdü Qərbi Azərbaycana köçürülməsi planı hələ də davam edir.
Qeyd edək ki, kürdlərin əsas köçlərindən biri 1971-ci ildə qatı paniranist, antitürk Məhəmmədrza Pəhləvi şah tərəfindən həyata keçirilmişdir. Həmin köç prosesində 100 mindən çox kürd Azərbaycanın qərb, yəni Türkiyə ilə sınır bölgələrinə köçürülmüşdür. İkinci köç dalğası isə 1990-91-ci illərdə molla rejiminin dəstəyi ilə bu proses davam etdirilmişdir. Beləliklə də milyona yaxın kürd vətəndaşları İraqdan Güney Azərbaycana gətirilmişdir. Onları Qərbi Azərbaycanın bəzi hissələrində yerləşdirib və əhalinin tərkibini dəyişmişdir. Son on ildə Urmu vilayətinin valiliyi və eləcə də şəhər İcra Hakimiyyətindən bir çox İraq kürdlərinin İran vətəndaşlığı almaq cəhdləri də heç kimin yadından hələ çıxmayıb.

DAVAM.AZ
“Təbriz Bürosu” (Güney Azərbaycan)
Bu xəbər oxucular tərəfindən 525 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed