Şrift:
İngiltərə Premyer Liqası: “Tottenhem” sonuncu dəqiqə vurduğu qolla qələbə qazanıb
17.02.2020 [10:07] - İdman
Futbol üzrə İngiltərə Premyer Liqasının XXVI turunun növbəti oyunları keçirilib.
Premyer Liqanın favoritlərindən sayılan “Tottenhem” səfərdə “Aston Villa” komandasının qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Oyunda hesab 9-cü dəqiqədə açılıb. “Tottenhem” klubunun müdafiəçisi Tobi Alderveireld avtoqola imza atıb - 1:0. Matçın 27-ci dəqiqəsində “Tottenhem” hesaba tarazlıq gətirib. Tobi Alderveireld bu dəfə rəqib qapısına yol tapıb - 1:1. Birinci hissəsinin başa çatmasına bir dəqiqə qalmış “Tottenhem” hesabda önə keçib-1:2. Qarşılaşmanın ikinci hissəsində meydan sahibləri matçın 53-cü dəqiqəsində hesabı bərabərləşdirməyə nail olublar. Cak Qrealişin ötürməsini Bjorn Engels dəqiq zərbə ilə tamamlayıb - 2:2. Buda oyunda son qol olmayıb. Oyunun son dəqiqələrində Son Xın Min özünün ikinci, komandasının isə üçüncü qolunu vurub. Görüş 3:2 hesabı ilə “Tottemhem”in səfər qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, “Tottenhem” Premyer Liqada iki turdur qələbə qazana bilmirdi. Bu qələbədən sonra xal ehtiyatını 40-a çatdıran London təmsilçisi turnir cədvəlində 5-ci, “Aston Villa” isə 25 xalla 17-ci yerdə qərarlaşıb.
Turnir cədvəlinin hazırki lideri “Liverpul” səfərdə “Norviç Siti” klubunun qonağı olub.
Görüş “Liverpul”un minimal hesablı qələbəsi ilə başa çatıb (0:1). Oyunda yeganə qolun müəllifi matçın 78-ci dəqiqəsində Sadio Mane olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed