Şrift:
Hərbi alpinistlərimiz “Xocalıya ədalət!” ekspedisiyasında iştirak edirlər VİDEO
17.02.2020 [13:55] - Hərb
Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Türkiyə ərazisində Ağrı dağına ekspedisiya təşkil olunub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ekspedisiyada Hərbi Hava Qüvvələrinin zabitləri polkovnik-leytenant Zal Nəbiyev, baş leytenant Ülvi Məmmədli, eləcə də Azərbaycan Alpinizm Federasiyasının təcrübəli alpinistləri Rüfət Qocayev və Nemət Ağayev iştirak edirlər.
Hərbi alpinistlərimiz Ağrı dağının 5157 metrlik zirvəsinə qalxaraq Azərbaycan və Türkiyə bayraqlarını dalğalandıracaq, Xocalı faciəsi zamanı qətlə yetirilən insanların fotolarını zirvəyə yerləşdirəcəklər. Səfərdən əvvəl iştirakçılar Xocalı soyqırımına həsr olunan “Ana harayı” abidəsinin önünə gül dəstələri qoyaraq, faciə qurbanlarının xatirələrinə ehtiramlarını bildirəcəklər. Ekspedisiya martın 1-dək davam edəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 42 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed