Şrift:
AİB Azərbaycanda insan kapitalının inkişafındakı islahatları dəstəkləyə bilər
17.02.2020 [14:26] - Sosial
Asiya İnkişaf Bankı (AİB) Ölkə Tərəfdaşlıq Strategiyası (ÖTS) çərçivəsində Azərbaycanda insan kapitalının inkişafındakı, xüsusən də peşə təhsilindəki islahatların dəstəklənməsi üzrə Azərbaycan Təhsil Nazirliyi ilə danışıqlar aparır.
Bu barədə AİB-in Bakı ofisindən bildirilib. Bankın ofisindən bildirilib ki, AİB bundan əvvəl də Təhsil Nazirliyinin rəsmiləri ilə bir sıra məsləhətləşmələr aparıb və islahatları nəzərdən keçirib.
"Hazırda bu mərhələdə bank Azərbaycana sözügedən sahədə olan problemlərin öhdəsindən necə gəlmək üçün məsləhət dəstəyi verir", - deyə AİB-dən bildirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 274 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed