Şrift:
Gəncə şəhər sakinindən dörd kiloqrama yaxın marixuana götürülüb
18.02.2020 [07:46] - Hadisə
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini T.Qoşqarov Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqram 555 qram marixuana aşkar edilərək götürülüb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədli qəsəbəsində yaşayan A.Məhərrəmovun evindən 2 kiloqram marixuana aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed