Şrift:
Paytaxtda itkin düşmüş kimi axtarışda olan üç nəfər tapılaraq ailəsinə təhvil verilib
18.02.2020 [07:48] - Hadisə
Paytaxtın polis orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 28 cinayətin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən bildiriblər ki, onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir. Müvafiq əməliyyat-axtarış tədbirləri ilə oğurluq üzrə 20, narkotiklərlə əlaqəli 2, soyğunçuluq üzrə 1 fakt müəyyənləşdirilərək açılması təmin olunub.
İtkin düşmüş kimi barələrində axtarış elan olunan üç nəfər tapılaraq ailəsinə təhvil verilib. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər saxlanılıb. Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed