Şrift:
Gənc müəllimlər arasında təhsil və innovativ tədris metodları təbliğ olunur
18.02.2020 [07:53] - Gənclik
Tovuz rayonunda “Gənc müəllimlər arasında qeyri-formal təhsil və innovativ tədris metodlarının təbliği” layihəsi çərçivəsində Tovuz Gənclər evində ikigünlük təlim proqramı həyata keçirilib. Təlimdə xüsusi müraciət forması əsasında seçilmiş 25 gənc iştirak edib. Layihənin məqsədi gənc müəllimlərə qeyri-formal təhsil sistemi metodlarının tətbiqinin mümkün aspektlərini sərgiləmək, həmçinin bu sahədə nəzəri və praktiki biliklər qazanmalarını təmin etməkdir. Layihə rəhbəri Fatma Qurbanova layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb.
Tovuz Gənclər evinin direktoru Rauf Rüstəmov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb. O, gənc müəllimlərin ölkəmizin təhsil sistemindəki önəmli rolundan və onun üstünlüklərindən bəhs edib.
Layihə çərçivəsində “Formal və qeyri-formal təhsil metodlarının fərqi”, “Qeyri-formal təhsilin təməl prinsipləri və tətbiqi”, “Təhsil sistemi və əmək bazarı”, “Şagirdlərin dərsə olan marağının artırılması”, “Dərs prosesinin effektiv idarə edilməsi”, “İnnovativ tədris metodları ilə tanışlıq”, “İnnovativ tədris metodlarının üstünlüyü” mövzularında təlimlər keçirilib və qrup işləri yerinə yetirilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 560 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed