Şrift:
Həssas qrupdan olan gənclərin cəmiyyətə inteqrasiyası ilə bağlı layihə yekunlaşıb
18.02.2020 [07:56] - Gənclik
Vişeqrad+ Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (GTMŞ) təşkilatçılığı ilə reallaşdırılan “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin icrası başa çatdırılıb.
GTMŞ-dan bildiriblər ki, beş ölkədən olan gənclər layihə çərçivəsində Gürcüstanda, Polşada və Çexiyada təşkil edilən təlimlərə qatılıblar. Layihənin Çexiyanın Ostrava şəhərində keçirilən yekun təlimində iştirakçılar həssas qrupdan olan insanların ideyaları əsasında fəaliyyət göstərən “Spirala Ostrava” Mərkəzində və digər məkanlarda olublar.
Azərbaycan təmsilçisi Kamran Əzizli layihə ilə bağlı bildirib ki, sosial bərabərliyə nail olmaq üçün cəmiyyətdə xüsusi diqqətə ehtiyac duyan qrupların maraqları nəzərə alınmalıdır. Bu istiqamətdə xarici təcrübənin öyrənilməsi gənclərin fəaliyyət istiqamətlərini daha da genişləndirir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 39 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed