Şrift:
Gənclərin ictimai fəallığa təşviq olunmasına dair layihənin icrası davam etdirilir
18.02.2020 [07:59] - Gənclik
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan “Gənclərin ictimai fəallığa təşviqi” layihəsinin icrası davam edir. Layihə çərçivəsində növbəti tədbir Sabunçu Gənclər evində keçirilib. Layihənin müəllifi, ictimai fəal Samir Pənəliyev Azərbaycan dövləti tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənclərin hazırda cəmiyyətin aparıcı qüvvəsinə çevrildiklərini, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynadıqlarını bildirib. Gənclərin fərdi təşəbbüslərinin dövlət tərəfindən dəstəklənməsi nəticəsində bu sahədə ciddi irəliləyişlərin əldə olunduğunu vurğulayan layihə rəhbəri tədbir iştirakçılarını milli donorların yaratdıqları imkanlardan maksimum faydalanmağa çağırıb. Diqqətə çatdırıb ki, “Gənclərin ictimai fəallığa təşviqi” layihəsi ölkəmizdə fəal gənclərin cəmiyyət həyatında daha geniş və səmərəli iştirakının təmin olunmasına xidmət edir. Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində bu istiqamətdə bir sıra tədbirlər keçirilib.
Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə müasir Azərbaycan gəncliyinin cəmiyyətin avanqard qüvvəsi olduğunu deyib, onların enerjisinin doğru istiqamətə yönləndirilməsinin vacibliyini diqqətə çatdırıb. Turizm Könüllüləri Təşkilatının direktoru, Dövlət Turizm Agentliyinin əməkdaşı Hüseyn Məmmədov, DOST Agentliyinin könüllülərlə iş şöbəsinin müdiri Ruslan Mirzəliyev çıxışlarında gəncləri ictimai həyatda fəal iştirak etməyə çağırıblar. Bildirilib ki, ictimai maraqları şəxsi maraqlardan üstün tutan gənclər fərdi bacarıqlarını artırmaqla parlaq karyeraya sahib ola bilərlər. Tədbirdə mövzu ətrafında səmərəli müzakirələr aparılıb, gənclərin rəy və təklifləri dinlənib, sualları cavablandırılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed