Şrift:
Bu həftə paytaxtın 4 rayonunda mənzillərin qeydiyyatı kampaniyası keçiriləcək
18.02.2020 [09:45] - İqtisadiyyat
Çoxmərtəbəli binalardakı mənzillərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı səyyar aksiya fevralın 17-21-də Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən bildirilib ki, səyyar qeydiyyat xidməti həftə ərzində 865 mənzilli 5 binanı əhatə edəcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət fevralın 17-də Xətai rayonu, M.Hadi küçəsi, 106, fevralın 18-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə ünvanlarında olacaq. Yasamal rayonunda davam edən kampaniya fevralın 19-da F. İbrahimov küçəsi, 5, fevralın 20-də Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi, 2 ünvanlarındakı binalarda keçiriləcək. Fevralın 21-i isə mobil qeydiyyat xidməti Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən binada göstəriləcək.
Mənzilini dövlət qeydiyyatına almaq istəyən bina sakinləri şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlərlə səyyar xidmət ofisinə yaxınlaşa bilərlər.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 287 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed