Şrift:
Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın ixracını ötən ay 15% artırıb
18.02.2020 [09:54] - Xəbərlər
Bu ilin yanvar ayında Azərbaycanda magistral qaz kəmərləri ilə 3 163,6 mln. kubmetr qaz nəql edilibş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,2% artım müşahidə olunub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qazın nəqlinin 33,9% Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 1 071,0 mln. kubmetr qaz ötürülüb (ötən ilin yanvar ayı ilə müqayisədə 14,6% artım).
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür. Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed