Şrift:
Tarixçi Tengiz Txilava Əliyevlə Paşiniyanın dialoqunu belə şərh etdi
18.02.2020 [12:54] - Siyasət
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr Gürcüstan siyasətçilərinin də diqqət mərkəzindədir.
Tanınmış gürcü tarixçi və politoloqu Tengiz Txilava bildirib ki: “Panel müzakirələri zamanı Azərbaycan prezidenti İlham Əliyev çox dəqiq, səlis və məntiqli çıxışı ilə bir daha dünya ictimaiyyətinə işğalçının kim olduğunu göstərdi. Ermənistan ərazisində heç bir hərbi əməliyyat keçirilməyib və keçirilmir. Hərbi əməliyyatlar tarixi Azərbaycan ərazilərində gedib və gedir. Bu da kimin işğalçı olduğunu bir daha sübut edir. Panel müzakirələrdə Prezident İlham Əliyevin təmkinli və məntiqi çıxışı bir daha göstərdi ki, Azərbaycan çox haqlı və düzgün yoldadır, sülhsevər ölkədir. Əliyevin ermənilərə xitabən “əgər siz öz müqəddəratınızı təyin etmək istəyirsinizsə gedin bunu başqa yerdə edin” deməsi əsl siyasətçinin düzgün və dəqiq gedişi, rəqibə məğlubiyyətin acısını hiss etdirməkdir”.
Politoloqun sözlərinə görə, bu gün ABŞ-da, Rusiyada, Fransada, hətta Venesuelada yaşayan ermənilərin sayı Azərbaycanda yaşayan ermənilərin sayından çoxdur. Belə olan halda ermənilər niyə məhz Azərbaycan ərazisində yenidən öz müqəddəratlarını təyin etməlidirlər? Nəzərə alsaq ki, ermənilər artıq bunu bir dəfə Azərbaycan ərazilərində ediblər.
Tengiz Txilava deyib ki: “XIX əsrin əvvəllərində Çar Rusiyasının statistik məlumatlarına görə, İrəvan xanlığı ərazisində əhalinin 89 faizi azərbaycanlılar olub. Qalan 11 faizini isə təkcə ermənilər deyil, digər milli azlıqlar təşkil ediblər. Məhz bu tarixi faktlardan çıxış edərək deyə bilərik ki, ermənilər bu ərazilərdə sonradan gəlmədirlər. Azərbaycan indi 20-30 il bundan əvvəlki Azərbaycan deyil. Azərbaycan ordusu məlum aprel döyüşlərində bunu sübut etdi. Hamı yaxşı başa düşür ki, əgər Azərbaycan yenidən hərbi əməliyyatlara başlasa bu, Ermənistanın sonu ola bilər. Bu gün Ermənistan vaxt uzadır. Mən inanıram ki, gec-tez Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”.

DAVAM.AZ
“Tiflis Bürosu” (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 96 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed