Şrift:
Avropa Parlamentində Ramil Səfərovla bağlı ciddi pozuntular
25.09.2012 [11:19] - Siyasət
Vitse-prezidentlər məsələni araşdıracaqlar

“Avropa Parlamentinin daxili qaydalarına görə, fövqəladə qətnamələrin qəbulu və ümumiyyətlə belə məsələlər çox böyük hadisə baş verdikdə qurumun gündəliyinə çıxarıla bilər.
Bu fövqəladə hadisə ya fəlakət olur, ya da Avropa ictimaiyyəti üçün hansısa böyük maraq kəsb edir. Ramil Səfərovla bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnamə Avropa Parlamentinin bütün daxili qaydalarına ziddir. Çünki bu məsələnin yuxarıda sadalananlara heç bir aidiyyatı yoxdur”.

Bu fikirləri Avronest PA-nın enerji komitəsinin həmsədri Fuad Muradov deyib. Onun sözlərinə görə, belə fövqəladə müzakirələrdə əsasən avropalı deputatlar iştirak edə bilmirlər:
“Çünki bu, gündəlikdə olmur. İclasın sonunda məsələ qəfildən müzakirəyə çıxarılır. Bu zaman avroparlamentarilərin hüquqları pozulur, həmin müzakirələrdə iştirak edə bilmirlər”.

Fuad Muradov bildirib ki, bu məsələylə bağlı Avropa Parlamentinin bir neçə üzvi və iki vitse-prezidenti ilə görüşüb: “Onlar da bildirdilər ki, bu məsələ araşdırılacaq”.

Millət vəkili qeyd edib ki, Avropa Parlamentində bir neçə dəfə belə hadisə baş verib, fövqəladə müzakirə və qətnamə qəbul olunub: “Bu da daxili qaydaların tam şəkildə pozuntusu ilə başa çatıb. Bu cür müzakirələrdə 30-40 avroparlamentari iştirak edə bilmir”.
Bu xəbər oxucular tərəfindən 1014 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed