Şrift:
BMT-nin himayəsi altında havanın keyfiyyəti üzrə məlumat bankı yaradılıb
19.02.2020 [10:09] - Sosial
Əbu-Dabidə keçirilən Ümumdünya Urbanizasiya Forumunun 10-cu sessiyasında dünyada havanın keyfiyyəti haqqında ən böyük bankın yaradılması üzrə yeni layihəyə start verilib. Bu gün hər on nəfərdən doqquzu, yəni dünya əhalisinin 92 faizi çirklənmə səviyyəsinin normadan artıq olduğu hava ilə nəfəs alır. Çirklənmiş hava ildə təxminən 4.2 milyon insanın vaxtsız ölümünə səbəb olur. Əsas qurbanlar qadınlar və kiçik uşaqlardır. Az inkişaf etmiş ölkələrdə 5 yaşına qədər uşaqların 98 faizi toksik hava ilə nəfəs alır. Nəticədə hər il 15 yaşına qədər 600 min uşaq ölür.
Dünya Bankının hesablamalarına görə, havanın çirklənməsi ilə əlaqədar səhiyyə və sosial təminat xərcləri 5 trilyon dollar təşkil edir, potensial gəlir isə 225 dollara qədər azalır. Bu məbləğ dünyada 3 ən zəngin ölkədən biri olan Yaponiyanın ümumi daxili məhsuluna bərabərdir.
Bu problemlə mübarizə çərçivəsində BMT-nin Ətraf mühit Proqramı (YUNEP) və BMT-nin Yaşayış Məntəqələri Proqramı (Habitat) havanın keyfiyyəti haqqında ən böyük məlumat bankı yaradıb. Orada real vaxtda havada bərk maddə hissəciklərinin tərkibi haqqında informasiya qeydiyyatdan keçirilir. Həmin təşəbbüs bu həftə 10-cu Urbanizasiya Forumu keçirilən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təqdim edilib. Hal-hazırda bazaya hökumət də daxil olmaqla 4 mindən artıq provayderdən məlumatlar daxil olur. Artıq 15 milyondan çox istifadəçi bazaya giriş edə bilir.
Bu gün şəhərlərdə 3.5 milyard insan yaşayır, bu isə dünya əhalisinin 55 faizi deməkdir. 2030-cu ilə isə şəhər sakinlərinin sayı 5 milyarda çatacaq ki, bu da əhalinin 75 faizini təşkil edəcək. Sürətli urbanizasiya sənayeləşmə sahəsində də yeni imkanlar vəd edir, lakin bununla yanaşı, ətraf mühitin, xüsusən, nəfəs aldığımız havanın çirklənməsinə gətirib çıxarır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 238 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed