Şrift:
“Könüllü qonaq” təşəbbüsü çərçivəsində tədbirləri uğurla davam etdir
19.02.2020 [11:15] - Gənclik
Gənclərin İnkişaf və Karyera Mərkəzindən bildiriblər ki, gənclərimizin böyük həvəs və məsuliyyətlə qatıldıqları təşəbbüs çərçivəsində növbəti tədbirlər Qax, Quba və Lənkəran gəncləri tərəfindən həyata keçirilib. Gənclər həmin rayonlarda yaşayan və xüsusi qayğıya ehtiyacı olan növbəti sakinlərin evlərinə baş çəkiblər. Evdə təmizlik işləri aparan, həyətdə və bağda səliqə-sahman yaradan gənclər ev sahibi ilə xoş və maraqlı vaxt keçiriblər. Onlar ölkəmizin digər şəhər və kəndlərində yaşayan gəncləri də #konulluqonaq təşəbbüsünə qoşulmaq barədə çağırış ediblər.
Xatırladaq ki, bu təşəbbüs xüsusi qayğıya ehtiyacı olan ailələrin və tənha şəxslərin evlərinə baş çəkərək təmizlik işlərinin aparılması, evlərdə, həyətlərdə və bağlarda səliqə-sahman yaradılmasını nəzərdə tutur.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 546 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed