Şrift:
Yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir
20.02.2020 [11:56] - İqtisadiyyat
Fevralın 20-də Bakı İdman Sarayında yerli məhsulların və xidmətlərin tanıdılması məqsədilə “Partners and Business” sərgisi başlayıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “Kapital Bank” və “Marsol” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika və s. sahələrdə yerli şirkətlər tərəfindən istehsal olunan məhsul və xidmətlər təqdim olunur. Ümumilikdə, sərgidə 150-ə yaxın şirkət tərəfindən istehsal olunan məhsullar və xidmətlər sərgilənir.
Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, yerli şirkətlər arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi, yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır.
Sərgidə həmçinin, KOBİA-nın dəstəyi ilə sənaye, xidmət, turizm, logistika, inşaat, sənətkarlıq və s. sahələrdə 20-yə yaxın kiçik və orta sahibkarlıq subyektinin ödənişsiz olaraq məhsul və xidmətlərini təqdim etməsi üçün xüsusi stend yaradılıb.
Fevralın 22-dək davam edecək sərgi çərçivəsində əmək münasibətləri, məşğulluq, biznesin təşkili və proqnozlaşdırılması, sahibkarlıq sahəzində qanunvericilik, effektiv satış texnikaları kimi mövzularda təlimlər, biznes inkişaf yazarlarının kitab təqdimatları keçiriləcək, məsləhət xidmətləri göstəriləcəkdir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 333 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed